25 may 2023 15:44
315

Prezident: Azərbaycan Cənubi Qafqazda Rumıniya üçün etibarlı tərəfdaşdır

Dövlətlərimiz arasındakı sıx və möhkəm münasibətlər strateji maraqlara söykənir.

“İki sahil” xəbər verir ki, bu barədə Rumıniya Prezidenti Klaus Verner İohannisin Prezident İlham Əliyevə məktubunda qeyd edilib.

“Bu baxımdan ölkəniz Cənubi Qafqaz regionunda Rumıniya üçün etibarlı tərəfdaşdır. Bu yaxınlarda Bakıya səfərim dövlətlərimiz arasında əməkdaşlığın möhkəmləndirilməsi üçün konkret addımlarla bağlı razılığa gəlmək baxımından çox gözəl fürsət oldu”, - məktubda vurğulanır.