25 may 2023 16:40
311

Azərbaycan XİN İordaniyanı təbrik edib

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) İordaniyanı Milli Gün münasibətilə təbrik edib.

“İki sahil” xəbər verir ki, bu barədə XİN-in tviter səhifəsində paylaşım edilib.

"Milli Gün münasibətilə İordaniya hökuməti və xalqına ən xoş diləklərimizi və ürəkdən təbriklərimizi çatdırırıq. Milli Günün mübarək, İordaniya!”, - paylaşımda qeyd olunub.