Azərbaycanın Ali Avrasiya İqtisadi Şurasına üzv olan ölkələrlə ticarət dövriyyəsi ötən il 31 faiz artıb və 4,7 milyard dollar təşkil edib.
“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 25-də Moskvada qonaq qismində iştirak etdiyi Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclasında çıxışı zamanı bildirib.
Prezident İlham Əliyev qeyd edib ki, bu ilin yanvar-aprel aylarında ticarət dövriyyəsi əlavə 38 faiz artıb.
Dövlət başçısının sözlərinə görə, ötən il Ali Avrasiya İqtisadi Şurasına üzv olan ölkələrin Azərbaycanın xarici ticarət dövriyyəsindəki payı 9 faizə yaxın təşkil edib.
"Biz ticarət dövriyyəsinin gələcək inkişafı üçün böyük potensial görürük", - Azərbaycan Prezidenti vurğulayıb.
Prezident İlham Əliyev Malayziyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib - FOTO
Prezident İlham Əliyev Avstriyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib - FOTO
Prezident İlham Əliyev Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO
“Milat” YAP-ın fəaliyyəti və qarşıya qoyduğu hədəflərlə bağlı material yayımlayıb