25 may 2023 22:56
350

Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması işində Rusiyanın səylərini yüksək dəyərləndiririk

Əlbəttə, biz bu gün regional məsələlərdən də danışacağıq. Fürsətdən istifadə edərək, Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması işində səylərinə görə Rusiya tərəfinə minnətdarlığımızı bildirmək istərdim.

“İki sahil” xəbər verir ki, bu barədə Moskvada Prezident İlham Əliyev Vladimir Putinlə görüşündə bildirib.

"Biz bu səyləri çox yüksək dəyərləndiririk. Bu gün keçiriləcək üçtərəfli görüşdə Sizin iştirakınız da Azərbaycan və Ermənistanın nəhayət sülh razılaşmasına gəlməsinə Rusiya Federasiyasının necə böyük əhəmiyyət verdiyini göstərir", - deyə dövlət başçısı bildirib.