26 may 2023 09:45
333

Dmitri Medvedev: Qərb ehtimal olunan təhlükəni dərk etmir

"Rusiya ilə NATO ölkələri arasında qarşıdurma nüvə silahının tətbiqi ilə nəticələnəcək".

“İki sahil” TASS-a istinadən xəbər verir ki, bunu Rusiyanın Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev deyib. Onun sözlərinə görə, Qərb ehtimal olunan təhlükəni dərk etmir.

D.Medvedev qeyd edib ki, ABŞ və Avropa İttifaqı (Aİ) Ukraynanı təkcə F-16 qırıcıları ilə deyil, həm də nüvə silahı ilə təmin edəcəklər.

Qeyd edək ki, D.Medvedev bundan əvvəl də Rusiyanın öz təhlükəsizliyi naminə bütün silahlardan, o cümlədən lazım gələrsə, nüvə silahından istifadə edə biləcəyini bildirib.