Mayın 26-da Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Gürcüstanın müdafiə naziri cənab Cuanşer Burçuladzenin dəvəti ilə bu ölkəyə işgüzar səfərə gedib.
Müdafiə Nazirliyindən "İki sahil"ə verilən məlumata görə, general-polkovnik Z. Həsənov Gürcüstanın Müstəqillik Günü münasibətilə keçirilən hərbi paradda fəxri qonaq qismində iştirak edir.
Qeyd edək ki, Milli Müdafiə Universitetinin Heydər Əliyev adına Hərbi İnstitutunun Hərbi Orkestri Gürcüstanda Müstəqillik Günü münasibətilə keçirilən silsilə tədbirlərdə iştirak edir.
***
Müdafiə naziri general polkovnik Zakir Həsənov Gürcüstanın paytaxtı Tbilisidə səfərdədir.
“İki sahil” xəbər verir ki, nazir Gürcüstanın Müstəqillik Günü münasibətilə Tbilisidə keçirilən paradda iştirak edir.
Paradda Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin Hərbi Orkestri də çıxış edəcək.
Prezident İlham Əliyev Malayziyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib - FOTO
Prezident İlham Əliyev Avstriyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib - FOTO
Prezident İlham Əliyev Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO
“Milat” YAP-ın fəaliyyəti və qarşıya qoyduğu hədəflərlə bağlı material yayımlayıb