26 may 2023 13:24
285

Aİ minaların təmizlənməsi sahəsində Azərbaycanla əməkdaşlığını davam etdirəcək- Səfir

“Biz yeni minaların basdırılmasına imkan verməməliyik. Ottava Konvensiyası bunu dəstəkləyir”.

“İki sahil” xəbər verir ki, bunu Bakıda keçirilən "Minalarla mübarizə - Dayanıqlı İnkişaf Məqsədlərinə gedən yol" mövzusunda beynəlxalq konfransda çıxışında Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Peter Mixalko deyib.

Diplomat bildirib ki, qlobal lider olan Aİ Azərbaycanda minatəmizləmədə ən böyük donorlardan biridir, bu sahə əməkdaşlıq prioritetlərindən biridir.

“Bizi bu problemin həcmini görürük. 6 milyon avro məbləğində vəsait minatəmizləmə üçün cəlb olunub. Beynəlxalq tərəfdaşlar və yerli institutlarla işləyirik. Aİ minaların təmizlənməsi sahəsində Azərbaycanla əməkdaşlığını davam etdirəcək. Bu həm maliyyə dəstəyini, həm də təcrübənin bölüşdürülməsini ehtiva edir. Aİ uzunmüddətli dayanıqlı inkişafa nail olmadır və bu konfransı təsdiq edir ki, əməkdaşlıqlar gücləndirilir. Bu ərazilərin yenidən bərpası üçün minatəmizləmə vacibdir. Aİ bu ərazilərdə yenidənqurma işlərində Azərbaycanı dəstəkləmək imkanlarını da öyrənir. Aİ sülhün, inkişafın olduğu Azərbaycanı, Cənubi Qafqazı dəstəkləyir, bu istiqamətdə işə sadiqidir", - o deyib.

Sonda Aİ səfiri Azərbaycan xalqını qarşıdan gələn Müstəqillik Günü münasibətilə təbrik edib.