26 may 2023 17:25
351

Çavuşoğlu: Xəzərdən keçən Orta Dəhliz artıq daha çox önəmə sahibdir

“Xəzərdən keçən Orta Dəhliz artıq daha çox önəmə sahibdir”.

“İki sahil” xəbər verir ki, bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

O qeyd edib ki, bu əsr artıq Türk dünyasının əsri olacaq: “Azərbaycan, Özbəkistan, Türkmənistan, Qazaxıstan və Qırğızıstan ilə energetika, nəqliyyat, ticarət və xarici işlər nazirləri səviyyəsində üç və dördtərəfli əməkdaşlıq formatları vasitəsi ilə birlik, bərabərlik və əlaqələrimizi gücləndiririk”.