İrəvan və Bakı arasında sülh sazişinin imzalanması Kişinyev danışıqlarının gündəliyində deyil.
“İki sahil” xəbər verir ki, bu barədə “Sputnik Armenia”ya Ermənistan Xarici İşlər Nazirliyindən bildirilib.
Nazirlik münasibətlərin normallaşdırılması və “Sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında” sazişlə bağlı müzakirələrin davam etdiyini bildirib. Erməni tərəfi bütün fundamental məsələlər aydınlaşdıqdan sonra sənədi imzalamağa hazır olacaq.
Həmin sənədlərin razılaşdırılması iyunun 1-də Moldovanın paytaxtı Kişinyevdə, eləcə də Avropa Siyasi Birliyinin iclasından sonra davam etdiriləcək.
Prezident İlham Əliyev Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO
“Milat” YAP-ın fəaliyyəti və qarşıya qoyduğu hədəflərlə bağlı material yayımlayıb