26 may 2023 22:37
291

Ceyhun Bayramov Arxiyepiskop Marek Solçinski ilə görüşüb

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Müqəddəs Taxt-Tacın iqamətgahı Türkiyə Ankara şəhəri olmaqla Azərbaycandakı Apostol nunsisi Arxiyepiskop Marek Solçinski ilə görüşüb.

Bu barədə "İki sahil"ə Azərabaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Görüşdə Azərbaycan-Vatikan münasibətləri, habelə Azərbaycan-Ermənistan sülh prosesinin cari vəziyyəti müzakirə olunub.

Azərbaycan ilə Vatikan arasında bir sıra istiqamətlərdə əməkdaşlıq layihələrinin, qarşılıqlı səfərlərin və dialoqun vacibliyi vurğulanıb.

Görüşdə postmünaqişə dövründə regionda yaranmış yeni reallıqlar, işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa və quruculuq layihələri, bölgədə sülh və sabitliyin təmini istiqamətində, o cümlədən sülh müqaviləsinin imzalanması, bütün kommunikasiyaların açılışı və digər məsələlərdə ölkəmiz tərəfindən atılan addımlar diqqətə çatdırılıb.

Arxiyepiskop Marek Solçinski Azərbaycanın müxtəlif dinlərin nümayəndələri arasında qarşılıqlı anlaşmanın, qardaşlıq və həmrəyliyin bərqərar olması naminə səylərini yüksək qiymətləndirilib.

Görüşdə, tərəflər arasında həmçinin qarşılıqlı maraq doğuran digər mövzular ətrafında fikir mübadiləsi aparılıb.