27 may 2023 11:18
431

Niderland Kralı Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

Niderland Kralı Villem-Aleksandr Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

“İki sahil” xəbər verir ki,  təbrik məktubunda deyilir:

“Hörmətli cənab Prezident!

Ölkənizin milli bayramı - Müstəqillik Günü münasibətilə Zati-alinizə səmimi təbriklərimi çatdırır və Azərbaycan xalqına firavanlıq arzu edirəm”.