Ermənistan yenə də “ənənəsinə” sadiq qaldığını nümayiş etdirdi. Bu ənənənin mahiyyətinin nə olduğu 30 illik işğal dövründən, uzun-uzadı aparılan mənasız danışıqlar prosesindən bizə yaxşı məlumdur. İşğal dövrünəd məqsəd status-kvonu qorumaq, işğala haqq qazandırmaq idi. Ona görə də danışıqlar prosesində hər hansı bir müsbət meyl qranana kimi Ermənistan tərəfi dərhal müxtəlif təxribatlar törədərək bunun qarşısını alırdı. Azərbaycan Vətən müharibəsidnə tarixi Qələbə qazanaraq işğala son qoydu və ərazi bürövlüyünü bərpa etdi. Bundan sonra sülh gündəliyini irəli sürən Azərbaycan sülh müqaviləsinin imzalanmasının əsasını təkil edəcək 5 prinsip irəli sürdü. Təkcə bu fakt Azərbaycanın mövqeyinin konstruktiv olduğunu təsdiqləmək üçün yetərlidir. Amma biz eyni mövqeni məğlub Ermənistandan tərəfindən görmürük. Müharibədə məğlub olan Ermənistan Azərbaycanın beynəlxalqq hüququ uyğun olaraq irəli sürdüyü 5 prinsip əsasında sülh müqaviləsi imzalamaq, üzərinə götürdüyü öhdəliklərə əməl etməkdən yayınmaq üçün müxtəlif təribatylardan istifadə edir. Biz yenə də Ermənistan tərəfindən vaxtın uzadılması istiqamətində siyasət həyata keçirilidiyini müşahidə edirik. Yəni, “erməni ənənəsi” davam edir. Hər dəfə danışıqlar prosesində müəyyən irəliləyiş olduğu vaxt Ermənistan mütləıq təxribat törədərək prosesi pozmağa çalışır. Brüsseldə keçirilən son görüşdən əvvəl də biz eyni ssenarinin şahidi olduq. Amma Azərbaycan tərəfi Ermənistan bu çirkin oyununu pozdur. Vaşinqton və Brüssel görüşlərində Qarabağ da daxil olmaqla Azərbaycanın ərazi bütövlüyünü konkret rəqəm aşıqlayaraq tanıdığını bildirən Ermənistan fakt qarşısında qalıb. Artıq sülh müqaviləsni imzlamalı, üzrəinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir. Amma...

Bir neçə gün əvvəl Moskvada Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclası keçirildi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə qonaq qismində iştirak etdi. Azərbaycan dövlət başçısının qonaq kimi toplantıya dəvət edilməsi ölkəmizin beynəlxalq nüfuznun, müstəqil siasət həyata keçirməsinin təsdiqidir. Həmin toplantıda diqqət çəkən əsas məqam Ermənistan baş naziri Nikol Paşinyanın öz aləmində guya qalib ölkənin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevlə şifahi "söz savaşına" başlamağa cəhd etməsi oldu. Azərbaycan dövlət başçısı ədalətli və beynəlxalq hüquqa uyğun mövqeyini ifadə edən tutarlı, məntiqli, səlis və sərrast fikirləri ilə Paşinyanın bu cəhdini darmadağın edərək ona dərs keçdi. Paşinyan Azərbaycan Prezidentinin dəmir məntiqi qarşısında özünü gülünc vəziyyətə saldı.Təkcə Azərbaycanda deyil, Ermənistan və Rusiyada da gülüş obyektinə çevrilən Paşinyan Moskvada biabırçılığın zirvəsini yaşadı. Üstəlik Moskvada keçirlən görüşdə Paşinyan Azərbaycan dövlət başçısının Ermənistanın Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıması ilə bağlı sözlərinə etiraz etmədiyi üçün ölkəsində müxalifət tərəfindən sərt tənqidlərə məruz qalıb. Vəziyyətdən çıxmağa çalışan Paşinyan və komandası “ənənələrinə” sadiq olaraq müxtəlif təxribatlara əl atmağa başalıyıblar.

Diqqət edək. Əvvəlcə Ermənistan XİN-in rəsmisi açıqlama verdi ki Kişinyovda keçirilən görüşdə heç bir müqavilə imzalanmayacaq. Ardinca Azərbaycan-Ermənistan dövlət sərhədinin Zəngilan rayonunun Rəzdərə kəndi ərazisindən keçən hissəsində Ermənistan Silahlı Qüvvələrinin təxribat-diversiya qrupu tərəfindən Azərbaycan Respublikasının dövlət sərhədinin pozulması cəhdi oldu. Sərhəd-döyüş məntəqəsində xidmətdə olan hərbi qulluqçularımızın sayıqlığı nəticəsində təxribat-diversiya qrupunun hərəkəti vaxtında aşkarlanaraq zəruri tədbirlər görülüb və nəticədə Ermənistan Silahlı Qüvvələrinin 2 hərbi qulluqçusu saxlanılıb. Artıq faktla bağlı Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq idarəsində aparılan araşdırma zamanı Ermənistan Respublikasının hərbi qulluqçuları – Hovakimyan Harut Yuriki, Qazaryan Karen Aşoti və qeyrilərinin qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşib 26 may 2023-cü il tarixdə saat 16 radələrində Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini qanunsuz əldə edib özləri ilə daşıdıqları odlu silah və döyüş sursatları ilə birlikdə qanunsuz olaraq nəzarət-buraxılış məntəqələrindən və gömrük sərhədindən gömrük nəzarətindən kənar keçməklə Azərbaycan Respublikasında ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, yaxud Azərbaycan Respublikasının dövlət hakimiyyət orqanları tərəfindən Azərbaycan Respublikasının ərazi bütövlüyü ziddinə qərar qəbul edilməsinə təsir göstərmək və milli düşmənçilik salmaq məqsədilə insanların həlak olması, onların sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak ziyanının vurulması üçün Zəngilan rayonu Rəzdərə kəndi ərazisində yerləşən və dövlət sərhədini mühafizə edən Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının N saylı hərbi hissəsinin hərbi qulluqçularına odlu silahla atəşlər açmaqla onlara qarşı zor tətbiq edib terror aktı törədəcəkləri ilə hədələmələrinə əsaslı şübhələr müəyyən edilmişdir. Qeyd olunanlarla bağlı Azərbaycan Respublikasının Baş Prokuroru tərəfindən Cinayət Məcəlləsinin 206.3.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən odlu silah və döyüş sursatının qaçaqmalçılığı), 214.2.1, 214.2.3 (terrorçuluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən odlu silahdan istifadə etməklə törədildikdə), 228.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah əldə etmə, daşıma, saxlama), 283.2.1 (zor tətbiq etməklə milli düşmənçiliyin salınmasına aşkar surətdə yönələn hərəkətlər etmə) və 318.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən zor tətbiq etməklə Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə həvalə edilib. Toplanmış sübutlar əsasında Harut Hovakimyan və Karen Qazaryan şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub. Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam edir.

Prosesin gedişi aydın göstərir ki, Paşinyan Moskva biabrçılığından sonra vəziyyətdən çıxmağa çalışır. Sərhəddə təxribat törədərək Azərbaycan əsgərlərini şəhid etməklə “qələbə eyforiyası” yaratmaq və bununla daxili ictimai rəydə özünə reytinq qazanmağı hesablayıb. Əgər təxribat baş tutsaydı, erməni diversantlar dərinliyə qədər irəliləyə, mülki vətəndaşlarımızı da qətlə yetiə bilərdilər. Belə olan halda təbii ki, Azərbaycan əsgəri onlara layiqli cavab verəcəkdi. Bu isə toqquşmanı labud edirdi. Bununla da Moldovada keçiriləcək görüşdən əvvəl danışıqlar fonu pozulacaqdı. Amma Azərbaycan əsgərinin ayıq-sayıqlığı, qəhrəmanlığı nəticəsində Moskva biabırçılığını ört-basdır etməyə çalışan Paşinyanın diversiya planı baş tutmadı.
Anar Miriyev, “İki sahil”
“Milat” YAP-ın fəaliyyəti və qarşıya qoyduğu hədəflərlə bağlı material yayımlayıb
Vüqar Rəhimzadə: Cəbrayıl Şəhəri Günü Zəfər salnaməsindən Böyük Qayıdışa gedən yolun rəmzlərindən biridir