“Türkiyənin gücü Azərbaycanın, Azərbaycanın da gücü Türkiyənin gücüdür”.
“İki sahil” xəbər verir ki, bunu Türkiyənin hakim AK Partinin (Ədalət və İnkişaf Partiyası) İstanbuldan millət vəkili Şamil Ayrım tviterdə yazıb.
O, 28 May- Müstəqillik Günü münasibətilə Azərbaycanı təbrik edib: “Türkiyə ilə can Azərbaycan arasında yüz illərdir davam edən dostluq və qardaşlıq bundan sonra da davam edəcək. Ölkələrimiz bu tarixi dostluq və qardaşlıqdan aldığı böyük güclə gələcəyə ümidlə baxan, gələcəyi birlikdə inşa edən bir millət, iki dövlətdir”.
“Milat” YAP-ın fəaliyyəti və qarşıya qoyduğu hədəflərlə bağlı material yayımlayıb
Vüqar Rəhimzadə: Cəbrayıl Şəhəri Günü Zəfər salnaməsindən Böyük Qayıdışa gedən yolun rəmzlərindən biridir