Milli Məclis “Türk İnvestisiya Fondunun yaradılması haqqında” Sazişi ratifikasiya edib.
“İki sahil”in xəbərinə görə, bununla bağlı “Türk İnvestisiya Fondunun yaradılması haqqında” Sazişin təsdiq edilməsi barədə qanun layihəsi parlamentin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.
Saziş bu ilin martın 16-da Ankara şəhərində imzalanıb.
Müzakirələrdən sonra sənəd səsverməyə çıxarılaraq qəbul edilib.
“Milat” YAP-ın fəaliyyəti və qarşıya qoyduğu hədəflərlə bağlı material yayımlayıb
Vüqar Rəhimzadə: Cəbrayıl Şəhəri Günü Zəfər salnaməsindən Böyük Qayıdışa gedən yolun rəmzlərindən biridir