BP-nin hasilat və əməliyyatlar üzrə icraçı vitse-prezidenti Qordon Birrel Bakıda üçgünlük səfərdədir. Səfərin məqsədi Azərbaycanda enerji sənayesi sahəsində ilin ən böyük və ən mühüm hadisəsi olan Bakı Enerji Həftəsi çərçivəsində həyata keçirilən tədbirlərdə iştirak etməkdir.
“İki sahil” BP-dən verilən məlumata istinadən xəbər verir ki, səfər proqramı çərçivəsində həmçinin Qordonun Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədovla, iqtisadiyyat naziri Mikayıl Cabbarovla, energetika naziri Pərviz Şahbazovla və SOCAR-ın prezidenti Rövşən Nəcəflə işgüzar görüşləri də planlaşdırılır.
Bu görüşlərdə BP-nin dünya üzrə, həmçinin regiondakı biznesinin gedişi, icraçısı olduğu enerji layihələri çərçivəsində görülən işlərin hazırkı vəziyyəti və BP-nin Azərbaycanın enerji keçidinə dəstək məqsədli fəaliyyətləri ilə bağlı məsələlərin müzakirəsi nəzərdə tutulur.
Səfər çərçivəsində Birrel həmçinin BP-nin regional rəhbərliyi ilə görüşlər keçirəcək və hazırda dənizə yola salınmağa hazır vəziyyətdə olan ACE platformasının üst modullarındakı son sınaq işlərini görmək məqsədilə Bibiheybətdəki tikinti-quraşdırma sahəsinə baş çəkəcək.
Meloni İlham Əliyevə SOCAR-ın İtaliyada yanacağın qiymətləri ilə bağlı qərarına görə təşəkkür edib
2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində “Kritik xammal və qlobal iqtisadi təhlükəsizlik” mövzusunda panel sessiya keçirilib
İqtisadiyyat naziri “Vista Equity Partners” şirkətinin təsisçisi və sədri ilə görüşüb
Fariz Cəfərov: Azərbaycan süni intellekt (AI) üçün vacib olan enerji resurslarını təmin edən ölkəyə çevrilir
İqtisadiyyat naziri “Global Infrastructure Partners” şirkətinin rəhbəri ilə görüşüb