İntensiv yağıntılar nəticəsində İsmayıllı-Lahıc-Burovdal avtomobil yolunun 17-ci km-də yolun hərəkət hissəsinə tökülən qaya parçaları təmizlənərək avtonəqliyyat vasitələrinin fasiləsiz və təhlükəsiz hərəkəti bərpa olunub.
Bu barədə "İki sahil" Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir.
Xatırladaq ki, gecə saatlarında intensiv yağıntılar nəticəsində yolun hərəkət hissəsinə qaya parçaları tökülərək avtonəqliyyat vasitələrinin fasizləsiz və təhlükəsiz hərəkətinə problemlər yaradıb.
FHN-in Dövlət Yanğından Mühafizə Xidməti növbəti “açıq qapı günü” tədbiri keçirib
Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatı “Silahlı Qüvvələrimiz – Milli Qürurumuz” mövzusunda tədbir keçirib