03 iyun 2023 11:47
760

“Naxçıvan və Şərqi Zəngəzurun yaşıl enerji potensialı” mövzusunda xüsusi sessiya keçirilir

Bakı Enerji Forumu çərçivəsində iyunun 3-də Naxçıvan şəhərində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) təşkilatçılığı ilə “Naxçıvan və Şərqi Zəngəzurun yaşıl enerji potensialı” mövzusunda xüsusi sessiya keçirilir.

“İki sahil” xəbər verir ki,  tədbirdə SOCAR-ın prezidenti Rövşən Nəcəf, energetika naziri Pərviz Şahbazov, BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Couns, Çinin “Beynəlxalq Qrup Co. Ltd” şirkətinin sədri Lin Xiaodan, eləcə də muxtar respublikanın rəhbərliyi və müvafiq qurumlarının təmsilçiləri iştirak edirlər.

Sessiyada Naxçıvan Muxtar Respublikasının yaşıl enerji potensialı, günəş və külək enerjisi stansiyalarının inşası, alternativ enerji istehsalı və ixracı, sərmayə yatırımı və digər məsələlər müzakirə olunur.