SOCAR-ın «Azəriqaz» İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev iyunun 5-də ənənəvi vətəndaş qəbulunu Cəlilabaddda keçirib. Qəbulda Cəlilabad, Masallı, Biləsuvar və Astara sakinlərinin qaz təchizatı ilə bağlı müraciətləri dinlənilib.
Baş direktor onlarca vətəndaşı qəbul edərək onların qaz təsərrüfatı ilə bağlı problem və təkliflərini, eyni zamanda, iradlarını dinləyib. Qəbul zamanı Ruslan Əliyev həlli mümkün olan məsələlərin icrasına dair dərhal göstərişlər verib. Həmçinin araşdırılması lazım olan vətəndaş müraciətləri isə şəxsən nəzarətə götürülüb.
Bundan başqa, Baş direktor Lənkəran RQİİ-nin bir qrup əməkdaşı ilə görüşərək onların iş şəraiti ilə yanaşı, mövcud vəziyyətləri ilə də yaxından maraqlanıb. Lənkəran RQİİ-nin xidmət sahələrində çalışan bir neçə əməkdaş İB-də faydalı işinə, nümunəvi əmək fəaliyyətinə görə Fəxri Fərman və hədiyyələrlə mükafatlandırılıb.
Elçin Zaman, «İki sahil»