09 iyun 2023 19:15
345

Sabirabadda yol qəzasında 4 nəfər xəsarət alıb

Sabirabadda yol qəzası baş verib.

“İki sahil” xəbər verir ki, hadisə Sabirabad rayonunun Şəhriyar kəndi ərazisində qeydə alınıb. "Mercedes sprinter" markalı avtomobil "KamAZ" markalı avtomobillə toqquşub. Nəticədə “Mercedes”də olan 4 nəfər xəsarət alıb. Onlardan 2 nəfər Sabirabad rayon xəstəxanasına yerləşdirilib. Digər 2 nəfərə ambulator yardım edilib.

Faktla bağlı araşdırma aparılır.