09 iyun 2023 22:37
358

İranın riyakar siyasəti: Rusiyaya silah, Ukraynaya adyal

İranın Qızıl Aypara Cəmiyyəti Ukraynadakı Kaxovka bəndinin dağıdılması nəticəsində zərər çəkmiş rayonlara humanitar yardım göndərməyə hazır olduğunu açıqlayıb.

“İki sahil” xəbər verir ki, bu barədə Qızıl Aypara Cəmiyyətinin başçısı Pir Hüseyn Kulivənd məlumat verib.

O, Ukraynada SES-in vurulmasını faciə adlandırıb: “Bu faciəvi hadisə günahsız insanların həyatına və sağlamlığına təsir göstərib, bu bölgəyə külli miqdarda humanitar və ekoloji ziyan vurub”, - o qeyd edib.

Xəbərin İran mediasında çıxmasından sonra bu, iranlı sosial media istifadəçilərinin ən çox müzakirə etdikləri mövzulardan birinə çevrilib.

Onlar “Kaxovkanı dağıtmaq üçün Rusiyaya PUA verməyin, humanitar yardımınız özünüzdə qalsın”, “İranın Ukraynada baş verən fəlakətdəki iştirakına görə utanırıq”, “Rusiyaya silah, Ukraynaya adyal” və başqa bu məzmunlu paylaşımlar ediblər.