Bu ilin yanvar-may aylarında Azərbaycanda istehlakçı hüquqlarının müdafiəsi ilə bağlı təmin olunmuş müraciətlər üzrə 161 731 manat vəsait istehlakçılara geri qaytarılıb.
“İki sahil” xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Xidməti məlumat yayıb.
Qurum bəyan edib ki, 5 ay ərzində istehlakçıların 1 114 müraciətini təmin edib. Bu dövrdə 33 228 manat dəymiş ziyan ödənilib.
Azərbaycanda maşın və avtomobil istehsalının həcmi 300 milyon manata yaxınlaşıb
Şavkat Mirziyoyev SOCAR və BP rəsmiləri ilə energetika layihələrini müzakirə edib