İyunun 15-i Azərbaycanda işgüzar səfərdə olan Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin Prezident İlham Əliyevlə görüşü zamanı maraqlı dialoq yaşanıb.
“İki sahil” Pakistan mediasına istinadla xəbər verir ki, Şahbaz Şərif İlham Əliyevlə rus dilində danışıb. Tərəflər arasında keçən maraqlı dialoqun görüntüləri isə Pakistan mediası və sosial şəbəkələrində geniş şəkildə paylaşılıb. Görüntülərdən Şahbaz Şərifin rus dili biliklərini nümayiş etdirməsi və bu dildə zarafatla rəqəmləri saymasını görmək mümkündür.
Dialoq ətrafdakı şəxslər tərəfindən təbəssümlə qarşılanıb.
Pakistan mediası Baş nazirin 6 dildə danışdığını vurğulayıb.
Azərbaycan və Mərakeş arasında mövcud əlaqələrin səviyyəsindən razılıq ifadə olunub
Milli Məclisdə BƏƏ-nin Federal Milli Şurası sədrinin birinci müavini ilə görüş olub
Milli Məclis ilə Tolerantlıq və Sülh naminə Beynəlxalq Parlament arasında əlaqələr genişlənir
Prezident İlham Əliyevin adından Türkmənistan Prezidentinin şərəfinə dövlət ziyafəti verilib