Cari ilin yanvar-may aylarında Azərbaycanda yanacaq istehlakçıları 1 milyon 179,9 min manat məbləğində avtomobil benzini və dizel yanacağı alıblar.
Dövlət Statistika Komitəsindən "İki sahil"ə bildirilib ki, 2022-ci ilin müvafiq ayları ilə müqayisədə istehlakçılara avtomobil benzini və dizel yanacağı satışından əldə edilən gəlir 8,3 faiz artıb. Hesabat dövründə Azərbaycanda pərakəndə ticarət dövriyyəsinin ümumi həcmində avtomobil benzini və dizel yanacağı satışından 5,7 faiz gəlir əldə edilib.
Şavkat Mirziyoyev SOCAR və BP rəsmiləri ilə energetika layihələrini müzakirə edib
Yaşıl Kart sistemi üzrə fəaliyyət göstərmək hüququ olan sığorta şirkətləri açıqlanıb