Yanvar-may aylarında İtaliyadan Türkiyə limanlarına 9 milyon tondan çox yük daşınıb.
“İki sahil” xəbər verir ki, bu barədə TurkicWorld-a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.
Nazirlikdən verilən məlumata görə, Türkiyə bayrağı altında üzən gəmilər İtaliyadan limanlara 2 milyon 649 min 270 ton, digər ölkələrin bayraqları altında üzən gəmilər isə 6 milyon 305 min 991 ton yük çatdırıb.
Qeyd edək ki, 2023-cü ilin may ayında Türkiyə limanları ümumilikdə 35 milyon 489 min 337 ton yük qəbul edib. 2023-cü ilin yanvar-may aylarında isə Türkiyə limanları 160 milyon 766 min 21 ton yük qəbul edib.
Şavkat Mirziyoyev SOCAR və BP rəsmiləri ilə energetika layihələrini müzakirə edib
Yaşıl Kart sistemi üzrə fəaliyyət göstərmək hüququ olan sığorta şirkətləri açıqlanıb