22 iyun 2023 11:19
303

Gələn həftə Vaşinqtonda Azərbaycan və Ermənistan XİN başçılarının görüşü olacaq

Gələn həftə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında görüş olacaq.

“İki sahil” xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.

O bildirib ki, görüş ABŞ-ın paytaxtı Vaşinqtonda keçiriləcək.