2023-cü ilin yanvar-may aylarında Azərbaycanda sığorta yığımları 32,8% artaraq 566,434 milyon manata çatıb.
"İki sahil" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu dövrdə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin həcmi isə 35,2% artaraq 174,436 milyon manata bərabər olub.
Bu dövrdə sığorta bazarının zərərliliyi nisbətən artıb. Belə ki, 2022-ci ilin yanvar-may aylarında sığorta şirkətləri topladıqları hər 100 manatın 30,2 manatı ödənişə yönəldibsə, bu ilin eyni dövründə bu göstərici 30,8 manat təşkil edib.
Şavkat Mirziyoyev SOCAR və BP rəsmiləri ilə energetika layihələrini müzakirə edib
Yaşıl Kart sistemi üzrə fəaliyyət göstərmək hüququ olan sığorta şirkətləri açıqlanıb