İngiltərə Bankı uçot faiz dərəcəsini 0,5 faiz bəndi artıraraq 4.5%-dən 5%-ə qaldırıb.
"iki sahil" bu barədə Banka istinadən xəbər verir. Böyük Britaniyanın Pul Komitəsinin iki üzvü uçot faiz dərəcəsinin artırılmasının əleyhinə səs versə də, 5 üzv uçot dərəcəsinin artırılmasına səs verib.
"Orta müddətli dövrdə inflyasiyanın davamlı olaraq 2%-lik hədəfə qaytarılması üçün Bank faiz dərəcəsini zərurətə uyğunlaşdıracaq" - Mərkəzi Bankın açıqlamasında əlavə edilib.
Bununla da, İngiltərə Bankı ardıcıl on üçüncü iclasında uçot dərəcəsini artırıb.
Şavkat Mirziyoyev SOCAR və BP rəsmiləri ilə energetika layihələrini müzakirə edib
Yaşıl Kart sistemi üzrə fəaliyyət göstərmək hüququ olan sığorta şirkətləri açıqlanıb