Türkiyənin Antalya şəhərinə bu il 4 mln. 761 min 451 turist gedib.
"İki sahil” “Anadolu” agentliyinin yaydığı məlumata istinadən xəbər verir ki, bu, ötən ilin yanvar-iyun ayı ilə müqayisədə 32% (3 mln. 602 min 173) çox turist axını deməkdir.
Son günlər yağıntılı hava şəraitinin turist səfərinə təsir etdiyi, lakin buna baxmayaraq turizm mövsümünün sonuna kimi 16 mln. turist sayı hədəfinə çatılacağı bildirilir.
Qeyd edək ki, cari ildə Antalyanı ən çox ziyarət edən turist Almaniyadan olub.
Şavkat Mirziyoyev SOCAR və BP rəsmiləri ilə energetika layihələrini müzakirə edib
Yaşıl Kart sistemi üzrə fəaliyyət göstərmək hüququ olan sığorta şirkətləri açıqlanıb