İyulun 15-dən etibarən “Azərbaycan Hava Yolları” QSC (AZAL) Bakıdan Qırğızıstanın paytaxtına və əks istiqamətdə reyslər həyata keçirməyə başlayacaq.
Bu barədə “İki sahil”ə AZAL-ın mətbuat xidmətindən bildirilib.
Bakı-Bişkek marşrutu üzrə uçuşlar aviaşirkət tərəfindən həftədə bir dəfə - şənbə günləri həyata keçiriləcək.
"Bakı-Bişkek-Bakı marşrutu üzrə reysin icra olunması Azərbaycan və Qırğızıstan arasında turizm və işgüzar səfərlər üçün sərnişinlərin imkanlarını genişləndirəcək, eyni zamanda Bakının tranzit potensialının inkişafına töhfə verəcək", - məlumatda deyilir.
AZAL-ın reyslərinə biletləri artıq rəsmi www.azal.az saytından, həmçinin aviaşirkətin mobil tətbiqi vasitəsilə əldə etmək olar.
Şavkat Mirziyoyev SOCAR və BP rəsmiləri ilə energetika layihələrini müzakirə edib
Yaşıl Kart sistemi üzrə fəaliyyət göstərmək hüququ olan sığorta şirkətləri açıqlanıb