MDB ölkələrində inflyasiya Azərbaycandan daha aşağıdır .
“İki sahil” xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” qanuna təklif edilən dəyişikliklərin müzakirəsi zamanı Mərkəzi Bankın sədri Taleh Kazımov deyib.
AMB sədri bildirib ki, MDB ölkələrində sərbəst üzən məzənnə var: “Bu da inflyasiyaya azaldıcı təsir edir. Ölkəmizdə inflyasiya 11,5 %-dir, onun 70%-i idxal olunan inflyasiyadır. Biz fərqli ölkələrlə müqayisə edə bilərik. Amma biz səbəbi tapmalıyıq. Çində 0,2 % inflyasiya var, bu, əslində yaxşı hal deyil, bu inflyasiya iqtisadi inkişafa yaxşı təsir etmir. Çünki inflyasiya olmalıdır ki, iqtisadi inkişaf dəstəklənsin. Bizim üçün məqbul inflyasiya 4 faizdir”.
Şavkat Mirziyoyev SOCAR və BP rəsmiləri ilə energetika layihələrini müzakirə edib
Yaşıl Kart sistemi üzrə fəaliyyət göstərmək hüququ olan sığorta şirkətləri açıqlanıb