Azərbaycanın bank sektoru bu ilin yanvar-may aylarında 437.1 milyon manat xalis mənfəət əldə edib.
"İki sahil" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrünə nisbətən 32% çoxdur. 2022-ci ilin yanvar-may aylarında Azərbaycanın bank sektoru 331.5 milyon manat xalis mənfəət əldə edib.
Bu dövrdə bankların əməliyyat mənfəəti isə 28% artaraq 644.1 milyon manata bərabər olub.
2023-cü ilin 5 ayında banklar tərəfindən 106.1 mln. manat məbləğində mənfəət vergisi ödənilib.
Şavkat Mirziyoyev SOCAR və BP rəsmiləri ilə energetika layihələrini müzakirə edib
Yaşıl Kart sistemi üzrə fəaliyyət göstərmək hüququ olan sığorta şirkətləri açıqlanıb