2023-cü ilin yanvar-may aylarında Azərbaycan və Çexiya arasında ticarət dövriyyəsi 418 milyon 375 min dollar təşkil edib ki, bu da 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 2.3 dəfə çoxdur.
“İki sahil” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, hesabat dövründə Azərbaycandan Çexiya ixracın həcmi 2022-ci ilin ilk 5 ayı ilə müqayisədə 2.4 dəfə artaraq 382 milyon 194 min dollara bərabər olub.
Qeyd edək ki, cari ilin ilk 5 ayında Çexiyadan Azərbaycana idxalın həcmi 91% artaraq 36 milyon 180 min dollar təşkil edib.
Xatırladaq ki, Azərbaycandan Çexiyaya əsasən xam neft məhsulu ixrac edilir.
Şavkat Mirziyoyev SOCAR və BP rəsmiləri ilə energetika layihələrini müzakirə edib
Yaşıl Kart sistemi üzrə fəaliyyət göstərmək hüququ olan sığorta şirkətləri açıqlanıb