“Azərbaycan neft-qaz ölkəsinin bərpa olunan enerji mənbələrinə keçid üzərində necə işlədiyini göstərən ən yaxşı nümunələrdən biridir”.
“İki sahil” xəbər verir ki, bunun energetika nazirinin müavini Elnur Soltanov 17-ci Bakı Yay Enerji Məktəbinin açılış mərasimində deyib.
Onun sözlərinə görə, Azərbaycan enerji sektorunda təcrübə qazanıla və öyrənilə biləcək ən yaxşı ölkələrdən biridir: “Belə ki, bu gün Azərbaycan neft hasilatından başlayaraq, təbii qaz hasil edən ölkəyə çevrilərək enerji keçidinin bir neçə mərhələsini keçib və bu gün bərpa olunan enerji mənbələrinə keçid üzərində işləyir”.
O qeyd edib ki, hətta yay məktəbində təhsil aldığı müddətdə tələbələrin özləri də ölkənin energetika sahəsinin necə sürətlə inkişaf etdiyini müşahidə edə biləcəklər.
Yaşıl Kart sistemi üzrə fəaliyyət göstərmək hüququ olan sığorta şirkətləri açıqlanıb