Azərbaycanın paytaxtı Bakıda keçirilən bir neçə mühüm görüşdən sonra uğurlu gün başa çatdı.
“İki sahil” xəbər verir ki, bu barədə İsrailin müdafiə naziri Yoav Qallant tviter səhifəsində paylaşım edib.
"Prezident, müdafiə naziri və sərhəd xidmətinin rəisi ilə görüşlərimdə biz ölkələrimiz arasında müxtəlif sahələrdə, xüsusən də təhlükəsizlik sahəsində əlaqələrin möhkəmləndirilməsinə dair ümumi istəyimizi müzakirə etdik. Biz birlikdə ölkələrimizin təhlükəsizliyi və regional sabitlik naminə əməkdaşlığımızı və isti münasibətlərimiz gücləndirməyə davam edəcəyik", - deyə nazir bildirib.
Anım Günü münasibətilə Sarayevodakı Xocalı və Srebrenitsa qurbanlarının xatirəsinə ucaldılan abidə kompleksi ziyarət olunub
Prezident İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edib