2023-cü ilin yanvar-iyun aylarında Azərbaycanda sığorta yığımları 32% artaraq 648,945 milyon manata çatıb.
“İki sahil” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu dövrdə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin həcmi isə 35,2% artaraq 225,032 milyon manata bərabər olub.
Bu dövrdə sığorta bazarının zərərliliyi nisbətən azalıb. Belə ki, 2022-ci ilin ilk yarısında sığorta şirkətləri topladıqları hər 100 manatın 35,6 manatı ödənişə yönəldibsə, bu ilin eyni dövründə bu göstərici 34,7 manat təşkil edib.
Pirşağı hövzəsi üzrə gətirici kanalizasiya kollektorunun növbəti hissəsi tikilir
Azərbaycanla Beynəlxalq Üzümçülük və Şərabçılıq Təşkilatının əməkdaşlıq məsələləri müzakirə olunub
Bir rəqəmsal bankçılıq təcrübəsini “Istanbul Fintech Week” tədbirində təqdim edib