Bu ilin I yarısında Azərbaycandakı mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 32,7 % artaraq 1 363,2 min olub.
Bu barədə “İki sahil”ə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Məlumata görə, gecələmələrin ümumi sayının 61,1 %-i Bakıda, 5 %-i Qusarda, 4,8 %-i Qubada, 4,4 %-i Qəbələdə, 3,6 %-i Naftalanda, 3 %-i Şabranda, 2,8 %-i Lənkəranda, 2,2 %-i Naxçıvan MR-da, 1,5 %-i Xaçmazda, 1,2 %-i İsmayıllıda, 1,1 %-i Gəncədə, 1 %-i Şamaxıda, 0,8 %-i Şəkidə, 0,7 %-i Mingəçevirdə, 0,7 %-i Şuşada, 0,7 %-i Qaxda və 5,4 %-i digər şəhər və rayonlardakı mehmanxanalarda (hotellərdə) və mehmanxana tipli obyektlərdə qeydə alınıb.
Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin keçirdiyi gecələmələrin sayı ötən ilin yanvar-iyun ayları ilə müqayisədə 56,5 % artaraq 788,1 min olub. Bu da ümumi gecələmələrin 57,8 %-ni təşkil edir. Gecələmələrin ümumi sayının 17,4 %-i Rusiya, 8,8 %-i Hindistan, 8,6 %-i Türkiyə, 6,7 %-i Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), 6,5 %-i Səudiyyə Ərəbistanı, 4 %-i İsrail, 4 %-i Böyük Britaniya, 3,5 %-i Küveyt, 2,7 %-i ABŞ, 2,7 %-i Qazaxıstan, 2,1 %-i Gürcüstan, 2,1 %-i Pakistan, 1,9 %-i Özbəkistan, 1,7 %-i Almaniya, 1,6 %-i Çin, 1,3 %-i İtaliya, 1 %-i Belarus, 0,9 %-i Qətər, 0,9 %-i Ukrayna, 0,8 %-i Fransa, 0,7 %-i İran, 0,6 %-i Polşa, 0,5 %-i Niderland, 0,5 %-i Oman, 18,5 %-i isə digər ölkələrin vətəndaşlarının payına düşüb.
Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin keçirdiyi gecələmələrin 84,2 %-i Bakıda, 4 %-i Qusarda, 3,6 %-i Naftalanda, 3,4 %-i Qəbələdə, 2 %-i Qubada, 0,4 %-i Gəncədə, 2,4 %-i isə digər şəhər və rayonlardakı mehmanxanalarda qeydə alınıb.
Azərbaycan vətəndaşlarının mehmanxanalarda keçirdiyi gecələmələrin sayı 1 il əvvələ nisbətən 9,9 % artaraq 575,1 min olmuşdur ki, bu da ümumi gecələmələrin 42,2 %-ni təşkil edir.
Pirşağı hövzəsi üzrə gətirici kanalizasiya kollektorunun növbəti hissəsi tikilir
Azərbaycanla Beynəlxalq Üzümçülük və Şərabçılıq Təşkilatının əməkdaşlıq məsələləri müzakirə olunub
Bir rəqəmsal bankçılıq təcrübəsini “Istanbul Fintech Week” tədbirində təqdim edib