Bu ilin I yarısında Azərbaycandakı mehmanxana (hotel) və mehmanxana tipli obyektlərin gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 42,4 % artaraq 209,3 milyon manat olub.
“İki sahil” Dövlət Statistika Komitəsinə istinadla xəbər verir ki, bunun 60,1 %-i nömrələrin (otaqların) təqdim olunması üzrə xidmətlərdən, 27,4 %-i ictimai iaşə xidmətlərindən, 4,4 %-i müalicə və sağlamlıq xidmətlərindən, 8,1 %-i isə digər xidmətlərin göstərilməsindən əldə edilib.
Bu ilin yanvar-iyun aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərin birdəfəlik tutumundan istifadə 16,6 % olub (Ötən ilin yanvar-iyun aylarında 12,4 %). Bu göstərici Naftalanda 43,4 %, Şabranda 35,4 %, Bakıda 27,1 %, Beyləqanda 26,9 %, Qubada 23,2 %, Bərdədə 22,8 %, Qusarda 19,5 %, Sabirabadda 18,7 %, Şuşada 18,6 %, Lənkəranda 17,9 %, Ağcabədidə 17,4 %, digər şəhər və rayonlarda isə ölkə üzrə orta göstəricidən aşağı olub.
Pirşağı hövzəsi üzrə gətirici kanalizasiya kollektorunun növbəti hissəsi tikilir
Azərbaycanla Beynəlxalq Üzümçülük və Şərabçılıq Təşkilatının əməkdaşlıq məsələləri müzakirə olunub
Bir rəqəmsal bankçılıq təcrübəsini “Istanbul Fintech Week” tədbirində təqdim edib