Azərbaycandakı kredit ittifaqları bu ilin I yarısını 0,4 milyon manat xalis zərərlə başa vurub.
“İki sahil” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 4 dəfə çoxdur.
Yanvar-iyun aylarında kredit ittifaqlarının gəlirləri 1,2 milyon manat (illik müqayisədə eyni), xərcləri 0,7 milyon manat (eyni), xüsusi ehtiyatlara ayırmaları isə 0,9 milyon manat (28,6 % çox) təşkil edib.
Bu il iyulun 1-nə kredit ittifaqlarının aktivləri 13,1 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 10,3 % azdır. Bunun 11,1 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə sektorun kredit portfeli 10,5 % kiçilib.
Hesabat dövründə kredit ittifaqlarının öhdəlikləri 26,5 % azalaraq 3,6 milyon manata, balans kapitalı isə 2,1 % azalaraq 9,5 milyon manata düşüb.
Pirşağı hövzəsi üzrə gətirici kanalizasiya kollektorunun növbəti hissəsi tikilir
Azərbaycanla Beynəlxalq Üzümçülük və Şərabçılıq Təşkilatının əməkdaşlıq məsələləri müzakirə olunub
Bir rəqəmsal bankçılıq təcrübəsini “Istanbul Fintech Week” tədbirində təqdim edib