Bu ilin I yarısında Dövlət Gömrük Komitəsinin Naxçıvan Baş Gömrük İdarəsi 41,65 milyon manat gömrük yığımı toplayıb.
“İki sahil” Komitəyə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,3 dəfə çoxdur.
6 aylıq yığımın 36,022 milyon manatı dövlət büdcəsinə, 5,628 milyon manatı isə yerli büdcəyə köçürülüb.
Hesabat dövründə konsiqnasiya yolu ilə ixrac olunan mallardan yaranmış borcun geri qaytarılması istiqamətində həyata keçirlən tədbirlər nəticəsində 8,976 milyon ABŞ dolları məbləğində borcun hamısı hüquqi və fiziki şəxslərin müvəkkil bankdakı hesablarına köçürülüb.
Pirşağı hövzəsi üzrə gətirici kanalizasiya kollektorunun növbəti hissəsi tikilir
Azərbaycanla Beynəlxalq Üzümçülük və Şərabçılıq Təşkilatının əməkdaşlıq məsələləri müzakirə olunub
Bir rəqəmsal bankçılıq təcrübəsini “Istanbul Fintech Week” tədbirində təqdim edib