Bankların dollar tələbi yenidən artmağa başlayıb.
Bu barədə “İki sahil” Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir. Belə ki, iyulun 25-də AMB-nin növbəti valyuta hərracı keçirilib. Məlumata görə, hərracda tələb 59.6 mln. ABŞ dolları təşkil edib və tam təmin edilib.
Qeyd edək ki, bu göstərici ötən hərracdan 43,6% çoxdur. Belə ki, iyulun 20-də keçirilən valyuta hərracında banklar 41.5 milyon dollar alış həyata keçirib.
Xatırladaq ki, hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.
Azərbaycanla Beynəlxalq Üzümçülük və Şərabçılıq Təşkilatının əməkdaşlıq məsələləri müzakirə olunub
Bir rəqəmsal bankçılıq təcrübəsini “Istanbul Fintech Week” tədbirində təqdim edib