Cari ilin yanvar-iyun aylarında Azərbaycana dəmir yolları ilə 351 min ton ərzaq məhsulları idxal olunub.
“İki sahil” xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC “Facebook” səhifəsində paylaşım edib.
“Cari ilin ilk 6 ayı ərzində ölkəyə dəmir yolları ilə 351 min ton ərzaq məhsulları idxal olunub. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 4 faiz artım deməkdir”, - paylaşımda bildirilir.
Qeyd olunur ki, hesabat dövründə dəmir yolu ilə ən çox daşınmış 5 məhsul isə şəkər tozu və qənd, bitki yağı, müxtəlif yarmalar, buğda unu və kartofdur.
Azərbaycan Hava Yolları 2026-cı ilin ilk doqquz ayını artım və beynəlxalq nailiyyətlərlə başa vurub
Azərbaycan nümayəndə heyəti Çində üzümçülük və şərabçılıq konqresində iştirak edir
Prezident Quba-Xəzəryanı üzrə hasilatın pay bölgüsü haqqında Sazişi təsdiqləyib