Bu ilin yanvar-iyun ay Azərbaycana dəmir yolları ilə idxal edilmiş ərzaq məhsullarının həcmi 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 4 % artaraq 351 min ton olub.
“İki sahil” xəbər verir ki, bu barədə məlumatı “Azərbaycan Dəmir Yolları” QSC yayıb.
Bildirilir ki, ən çox daşınmış 5 məhsul isə şəkər tozu və qənd, bitki yağı, müxtəlif yarmalar, buğda unu və kartofdur.
“Qida səbətinə daxil olan əsas ərzaq məhsullarının ölkəyə tez və sürətli çatdırılmasında soyuducu Hopper, qapalı və konteyner vaqonlarımız xüsusi rol oynayır”, - məlumatda vurğulanır.
Azərbaycan Hava Yolları 2026-cı ilin ilk doqquz ayını artım və beynəlxalq nailiyyətlərlə başa vurub
Azərbaycan nümayəndə heyəti Çində üzümçülük və şərabçılıq konqresində iştirak edir
Prezident Quba-Xəzəryanı üzrə hasilatın pay bölgüsü haqqında Sazişi təsdiqləyib