Qazaxıstanın Mülki Aviasiya Komitəsinin sədri Talqat Lastayev və Qətərin Baş Mülki Aviasiya Administrasiyasının rəhbəri Məhəmməd Əl Həcri iki ölkə arasında uçuşların sayının artırılması ilə bağlı anlaşma memorandumu imzalayıb.
"İki sahil"in TurkicWorld-a istinadən məlumatına görə, uçuşların sayı iki dəfə artırılaraq həftədə 7-dən 14-ə çatdırılacaq.
Məlumata əsasən, Qətərin "Qatar Airways"in Almatıdan Dohaya gündə iki uçuş həyata keçirəcəyi gözlənilir.
Bundan əlavə, 2024-cü ilin ortalarında Astana-Doha reysinin işə salınacağı güman edilir.
Azərbaycan Hava Yolları 2026-cı ilin ilk doqquz ayını artım və beynəlxalq nailiyyətlərlə başa vurub
Azərbaycan nümayəndə heyəti Çində üzümçülük və şərabçılıq konqresində iştirak edir
Prezident Quba-Xəzəryanı üzrə hasilatın pay bölgüsü haqqında Sazişi təsdiqləyib