Məsuliyyətli korporativ vətəndaş olan “PAŞA Bank”, ekoloji layihələrdə aktiv iştirakına və bu istiqamətdə verdiyi töhfəyə görə mükafata layiq görülüb.
“İki sahil” xəbər verir ki, mükafatlandırma mərasimi “Coca-Cola” şirkəti, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və “EcoHub” qeyri-kommersiya platformasının birgə əməkdaşlığı ilə təşkil olunan "Tullantısız Azərbaycan" tədbirində baş tutub. Tədbir zamanı Azərbaycanda həyata keçirilən ekoloji layihələr barədə məlumat verilib və bu layihələrin icrasında fəallığı ilə seçilən tərəfdaşların fəaliyyəti vurğulanıb.

“PAŞA Bank”, təbiətin mühafizəsi və ətraf mühitin qorunmasına yönələn təşəbbüslərin aktiv iştirakçısı olaraq mükafatlandırılan qurumlardan biri olub.
Xatırladaq ki, Bank, ənənəvi olaraq keçirilən “Xəzəri qoruyaq” ekoloji aksiyasının, ağacəkmə layihələrinin və bir sıra digər təşəbbüslərin aktiv iştirakçılarındandır.
Azərbaycan Hava Yolları 2026-cı ilin ilk doqquz ayını artım və beynəlxalq nailiyyətlərlə başa vurub
Azərbaycan nümayəndə heyəti Çində üzümçülük və şərabçılıq konqresində iştirak edir
Prezident Quba-Xəzəryanı üzrə hasilatın pay bölgüsü haqqında Sazişi təsdiqləyib