Cari ilin 6 ayı ərzində SOCAR “Azəriqaz” İstehsalat Birliyinin Çağrı mərkəzinə 500 515 müraciət daxil olub.
“İki sahil” xəbər verir ki, bunu Birliyin Qəza çağrı xidməti şöbəsinin rəisi Xalidə Şimşək “Açıq qapı” aksiyası çərçivəsində media və QHT nümayəndələri ilə keçirilən görüşdə deyib.
Onun sözlərinə görə, qeyd olunan göstərici keçən ilin müvafiq dövrü ilə müqayisədə 45 624 müraciət azdır.
Xalidə Şimşək qeyd edib ki, təzyiqlə bağlı 37 096 müraciət daxil olub ki, bu da ötən illə müqayisədə 3 728 müraciət azlıq təşkil edir.
“Qaz təchizatı ilə bağlı 29 967 müraciət daxil olub. Bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 6492 müraciət az təşkil edir”, - deyə şöbə rəisi qeyd edib.
Azərbaycan Hava Yolları 2026-cı ilin ilk doqquz ayını artım və beynəlxalq nailiyyətlərlə başa vurub
Azərbaycan nümayəndə heyəti Çində üzümçülük və şərabçılıq konqresində iştirak edir
Prezident Quba-Xəzəryanı üzrə hasilatın pay bölgüsü haqqında Sazişi təsdiqləyib