“Deltic Energy” cümə axşamı verdiyi məlumatda bildirib ki, Şimal dənizindəki beş qaz kəşfiyyatı lisenziyası ortağı “Capricorn Energy” ilə birgə mülkiyyətindən imtina edəcək. Buna səbəb, “Capricorn Energy”nin Misir ətrafındakı kəşfiyyat əməliyyatlarını dayandırmasıdır.
Neft-qaz şirkəti üç lisenziyadan – “P2560”, “P2561” və “P2562”-dən tamamilə çıxacağını, lakin “P2567” və “P2428” lisenziyası üzərində işləməyə davam edəcəyini söyləyib.
“Deltic” bu il noyabrın 30-da və gələn il martın 31-də başa çatacaq lisenziyaların yeganə inzibatçısı təyin edilib. Əgər icazə ala bilsə, “Deltic” gələcək qazma işlərinə kömək etmək üçün başqa tərəfdaş cəlb etməyə çalışacaq. //marketwatch.com
Leyla Şıxəli, “İki sahil”
Azərbaycan Hava Yolları 2026-cı ilin ilk doqquz ayını artım və beynəlxalq nailiyyətlərlə başa vurub
Azərbaycan nümayəndə heyəti Çində üzümçülük və şərabçılıq konqresində iştirak edir
Prezident Quba-Xəzəryanı üzrə hasilatın pay bölgüsü haqqında Sazişi təsdiqləyib