Bu ilin iyun ayında Azərbaycanın qeyri-neft sektoruna aid ən çox mal ixrac edilən ölkələrin siyahısında Rusiya (148,3 milyon ABŞ dolları) birinciliyə yüksəlib.
“İki sahil” xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin hazırladığı “İxrac icmalı”nın iyul sayında bildirilir.
Bu siyahıda Türkiyə (47,9 milyon ABŞ dolları) ikinci, Gürcüstan isə (19,1 milyon ABŞ dolları) üçüncü yerdə qərarlaşıb.
İyun ayında ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında albalı və gilas (40,1 milyon ABŞ dolları) birinci, pomidor (tomat) (29,3 milyon ABŞ dolları) ikinci və pambıq mahlıcı (18,3 milyon ABŞ dolları) üçüncü olub.
Azərbaycan Hava Yolları 2026-cı ilin ilk doqquz ayını artım və beynəlxalq nailiyyətlərlə başa vurub
Azərbaycan nümayəndə heyəti Çində üzümçülük və şərabçılıq konqresində iştirak edir
Prezident Quba-Xəzəryanı üzrə hasilatın pay bölgüsü haqqında Sazişi təsdiqləyib