Müdafiə, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri istisna olmaqla, radiotezliklərin ayrılması haqqında qərar olmadan radiotezliklərdən istifadə etməklə radioelektron vasitələrin (REV) layihələndirilməsi, quraşdırılması və istismar edilməsi, habelə Nazirlər Kabinetinin müəyyən etdiyi radioelektron vasitələrin istifadəsinə icazə vərəqəsi olmadan radioelektron vasitələrin quraşdırılması və istismar edilməsi qadağandır
“İki sahil” xəbər verir ki, bu, Nazirlər Kabinetinin “Radiotezliklərin ayrılması, qeydiyyatı, istifadəsi və ödənişlərin təyin olunması Qaydaları”na etdiyi dəyişikliklərdə əksini tapıb.
İndiyə qədər qüvvədə olan Qaydaya əsasən, müdafiə, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətlərinin subyektləri istisna olmaqla, Komissiya tərəfindən radiotezlik ayrılmadan radioelektron vasitələrinin (REV) istehsalı, xaricdən alınması və respublikanın ərazisində istismarı yolverilməz olub.
Azərbaycan Hava Yolları 2026-cı ilin ilk doqquz ayını artım və beynəlxalq nailiyyətlərlə başa vurub
Azərbaycan nümayəndə heyəti Çində üzümçülük və şərabçılıq konqresində iştirak edir
Prezident Quba-Xəzəryanı üzrə hasilatın pay bölgüsü haqqında Sazişi təsdiqləyib