Naxçıvan Baş Gömrük İdarəsinin “Culfa” gömrük postunda “Renault” markalı yük nəqliyyat vasitəsinə gömrük nəzarəti həyata keçirilən zaman şübhəli təsvirlər müşahidə olunduğu üçün avtomobil əsaslı yoxlamaya cəlb edilib.
“İki sahil” xəbər verir ki, bu barədə DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi məlumat yayıb.
Bildirilib ki, yoxlama zamanı yük nəqliyyat vasitəsinin qoşqu hissəsinin arxasında yerləşən su çəninin içərisində gizlədilmiş, aksiz markası ilə markalanmayan 1060 qutu (21200 ədəd) “Kent Nanotek 2.0” markalı siqaret aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
Azərbaycan Hava Yolları 2026-cı ilin ilk doqquz ayını artım və beynəlxalq nailiyyətlərlə başa vurub
Azərbaycan nümayəndə heyəti Çində üzümçülük və şərabçılıq konqresində iştirak edir
Prezident Quba-Xəzəryanı üzrə hasilatın pay bölgüsü haqqında Sazişi təsdiqləyib