2023-cü ilin may ayında Azərbaycan Türkiyəyə təbii qaz ixracını 2022-ci ilin eyni dövrü ilə müqayisədə 35,45 faiz - 681,63 milyon kubmetrdən 923,23 milyon kubmetrədək artırıb.
“İki sahil” xəbər verir ki, bu barədə Türkiyənin Enerji Bazarlarını Tənzimləmə Qurumu məlumat yayıb.
Beləliklə, hesabat dövründə Azərbaycan Türkiyəyə təbii qaz ixracına görə ikinci yerdə qərarlaşıb.
Rusiya bu ilin may ayında 1,024 milyard kubmetrlə Türkiyəyə ən çox təbii qaz ixrac edən ölkə olub ki, bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə 28,85 faiz azdır.
İran 885,01 milyon kubmetrlə üçüncü yerdədir ki, bu da 2022-ci ilin may ayı ilə müqayisədə 2,66 faiz çoxdur.
Bu dövrdə Türkiyə ümumilikdə 2022-ci ilin may ayı ilə müqayisədə qaz idxalını 1 faiz azaldaraq 3,730 milyard kubmetrdən 3,692 milyard kubmetrə endirib.
Azərbaycan Hava Yolları 2026-cı ilin ilk doqquz ayını artım və beynəlxalq nailiyyətlərlə başa vurub
Azərbaycan nümayəndə heyəti Çində üzümçülük və şərabçılıq konqresində iştirak edir
Prezident Quba-Xəzəryanı üzrə hasilatın pay bölgüsü haqqında Sazişi təsdiqləyib